İran XİN bu ölkəni açıq şəkildə hədələdi: “Hər şeyin bir sərhədi var!”  

İran XİN bu ölkəni açıq şəkildə hədələdi: “Hər şeyin bir sərhədi var!”  

GÜNDƏM

Bugün, 14:54

“Biz amerikalılara etibar etmirik. Onlara güvənmək mümkün deyil. Danışıqlar prosesindəkii tez-tez dəyişən mövqeləri də bunu göstərir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirləri Görüşünün ikinci günündə Hindistan mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ və İsrail İrana iki dəfə hücum etməklə, yanlış yolda olduqlarınun fərqinə vardı: “Toplantıda da təkrarladım: bu münqaişənin hərbi həll yolu yoxdur! ABŞ bu həqiqəti başa düşməlidir. Onlar məqsədlərinə hərbi əməliyyatlarla nail ola bilməzlər, amma diplomatiya aparılarsa, nəticə fərqli olacaq. Bunun üçün Amerika güvəni bərpa etməlidir”

Nazir Hörmüz boğazının dost ölkələr üçün bağlanmadığını da sözlərinə əlavə edib: “Məhdudiyyətlər yalnız düşmən gəmilərinədirSon günlərdə dəniz qüvvələrimizin köməyi ilə bir çox gəmi Hörmüz boğazından keçib və bu proses davam edəcək”.

Bir az əvvəl Birləşmiş Ərəb Əmirliklərinin İran gəmisini vurmasına da toxunan nazir açıq şəkildə bu ölkəni hədələyib: “İsrail və BƏƏ yan-yanadır. Hər şeyin bir sərhədi, həddi var. BƏƏ bunu bilməlidir…"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR