Bakıda ictimai çimərliklər mövsümə hazırlanıb
CƏMİYYƏT
Bugün, 14:01
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb.
Mia.az xəbər verir ki, sözügedən məkanlar 15 may tarixindən başlayan çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.
Bildirilib ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.
Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.
Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi hamıya dəniz mövsümündə xoş istirahət arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində - FOTOLAR
Bugün, 16:06 GÜNDƏM
-
Yağış yağacaq - Xəbərdarlıq
Bugün, 16:06 GÜNDƏM
-
“Qalatasaray”ın qolkiperi komandadan ayrılır
Bugün, 15:34 İDMAN
-
"Ezamiyyə xərclərinin normaları haqqında" qərar dəyişib
Bugün, 15:12 İQTİSADİYYAT
-
İran XİN bu ölkəni açıq şəkildə hədələdi: “Hər şeyin bir sərhədi var!”
Bugün, 14:54 GÜNDƏM
-
TDT ölkələrinin XİN başçıları bir araya gəldi
Bugün, 14:49 GÜNDƏM
-
Prezident İlham Əliyev TDT Dövlət başçılarının görüşündə - FOTO (Yeniləniib)
Bugün, 14:41 GÜNDƏM
-
Prezidentlər Türküstanda - FOTOLAR
Bugün, 14:28 GÜNDƏM
-
Bakıda ictimai çimərliklər mövsümə hazırlanıb
Bugün, 14:01 CƏMİYYƏT
-
Əziz Yıldırım “Fənərbağça”ya 200 milyon avro sərmayə qoyacaq? – Ulduz futbolçular “qaralanıb”
Bugün, 13:44 İDMAN
-
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır - FOTOLAR
Bugün, 13:20 İQTİSADİYYAT
-
Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabı çapdan çıxıb
Bugün, 13:05 PRESS
-
Gömrükdə vəzifəli şəxslərinin Etik Davranış Kodeksində dəyişikliklər edilib - DETALLAR
Bugün, 12:55 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Qazaxıstanda belə qarşılandı - FOTOLAR
Bugün, 12:34 GÜNDƏM
-
“Qalatasaray” “Kasımpaşa” matçına hazırlaşır – Okan Buruk meydana hansı oyunçularla çıxacaq?
Bugün, 12:21 İDMAN
-
Sabah yağışlı hava olacaq - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
İstanbul boğazı bağlandı - Dron hücumuna məruz qalan gəmiyə görə
Bugün, 12:03 GÜNDƏM
-
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Bugün, 11:57 GÜNDƏM
-
“Space” "sökülür": daha kimlər "vuruldu"?
Bugün, 11:51 PRESS
-
ABŞ–Çin qarşıdurması: Dünya ikiyə bölünür? - TƏHLİL
Bugün, 11:37 SİYASƏT
-
“Siyasətçilərdə utanma hissi itib” - “Ərdoğan istəsə, Kılıçdaroğlunu da geri gətirər”
Bugün, 11:18 SİYASƏT
-
"Xarıbülbül” festivalı: “Şuşa, sevgilim” filmi nümayiş olunub
Bugün, 11:09 MƏDƏNİYYƏT
-
Dövlət Agentliyi "qara siyahı"nı genişləndirir - CƏDVƏL
Bugün, 11:00 İQTİSADİYYAT
-
AAYDA-da dəyişiklik - Direktor şöbə müdiri vəzifəsinə gətirildi
Bugün, 10:57 CƏMİYYƏT
-
"Lotu Quli"nin qardaşına sanksiya tətbiq edilib - Şok səbəblər
Bugün, 10:42 KRİMİNAL
-
Zeynəb Xanlarovanın maraqlı görüntüləri yayıldı - VİDEO
Bugün, 10:20 MƏDƏNİYYƏT
-
Zaur Əliyev rəis müavini təyin edildi
Bugün, 10:14 CƏMİYYƏT
-
Rusiyadan Ermənistana buğda göndərilib - Azərbaycandan keçməklə
Bugün, 10:08 İQTİSADİYYAT
-
500 tədqiqatçı alimə hər ay 1000 manatadək mükafat veriləcək - Nazirlik açıqladı
Bugün, 10:06 CƏMİYYƏT
-
Məşhur müğənni oriental rəqsə başlayıb: “Daha ac qalmaram”
Bugün, 10:05 ŞOU-BİZNES
-
İstanbulda daha bir bələdiyyədə növbəti əməliyyat: 7 nəfər saxlanılıb
Bugün, 09:39 DÜNYA
-
Azərbaycan nefti ucuzlaşdı - 2 dollar
Bugün, 09:27 İQTİSADİYYAT
-
Keçmiş spikerlə partiya liderləri arasında gərginlik artdı: “Əgər səsini kəsməsə…”
Bugün, 09:16 SİYASƏT
-
Tramp Çin lideriylə görüşüb - Yeni razılaşmalar var
Bugün, 08:57 GÜNDƏM