İstanbul boğazı bağlandı - Dron hücumuna məruz qalan gəmiyə görə

İstanbul boğazı bağlandı - Dron hücumuna məruz qalan gəmiyə görə  

GÜNDƏM

Bugün, 12:03

Qara dənizin Ukrayna bölgəsində dron hücumuna məruz qalan Kamerun bayrağı altında üzən "Marquise" ticarət gəmisi istanbuldakı Bosfor boğazına yaxınlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəhəng və qəzalı gəminin təhlükəsiz keçməsini təmin etmək üçün boğazdakı bütün  gəmilərin hər iki istiqamətə hərəkəti dayandırılıb.

Bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsi açıqlama yayıb. Bildirilib ki, nəhəng gəmi yedək gəmilərin müşayiətilə boğazdan keçiriləcək: “Bundan sonra hərəkət bərpa olunacaq”

Firudin Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR