Dövlət Agentliyi "qara siyahı"nı genişləndirir - CƏDVƏL

Dövlət Agentliyi \"qara siyahı\"nı genişləndirir  - CƏDVƏL

İQTİSADİYYAT

Bugün, 11:00

Azərbaycanda daha bir şirkət – «Kon-Lay Project» MMC (VÖEN: 1301807111) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»lar siyahısına əlavə edilib.

Mia.az-ın məlumatına görə, Fed.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini qərarı verib.

Məlumata görə, buna səbəb şirkətin sənəd saxtalaşdırma hallarına yol verməsi olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 1 illik müddətə - yəni 2027-ci ilin may ayının 12-ə qədər qadağan edilib.

Məlumat üçün bildirək ki, «Kon-Lay Project» MMC bu il dövlət qurumlarının 3 tenderinin qalibi olub və şirkətlə cəmi dəyəri 60 min manat olan satınalma müqavilələri bağlanıb. 2025-ci ildə isə şirkət 19 müxtəlif tenderin qalibi olub və 393 min manatlıq işlər həyata keçirib. 2024-cü ildə şirkət cəmi dəyəri 102 min manat olan 5 satınalma müqaviləsi bağlayıb. Yekunda şirkət 2024-cü ilin oktaybr ayından bu ilin aprel ayının dördünə kimi şirkət 555 min 377 manatlıq işlər həyata keçirib.

Qeyd edək ki, “Kon-Lay Project” MMC 2008-ci ilin 11 noyabr tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Həsənov Anar Əzimxan oğlu olan şirkətin nizamnamə kapitalı 20 manatdır. MMC hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev.78, m.20 ünvanıdır. 

“Kon-Lay Project” MMC-nin qalibi olduğu tenderlər haqqında daha ətraflı:

S/N

Satınalan təşkilatın adı

Satınalma predmeti

Təklifin qiyməti

Yekunlaşma tarixi

1

Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi

Gömrük balansında olan tərəzilərin quraşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması

50 976 AZN

07.04.2026

2

Astara RİH

Astara şəhərində ictimai yaşayış binalarının əsaslı təmiri üçün layihə smeta sənədlərinin hazırlanması

5 192 AZN

01.04.2026

3

Qusar RİH Başçısının Aparatı

Yolların əsaslı təmiri üçün layihə-smeta sənədlərinin satın alınması

3 894 AZN

17.03.2026

CƏMİ 2026 - 60 062 AZN

4

Kənd Təsərrüfatı Nazirliyi

‘Xocavənd Regional Bölməsi’nin inzibati bina, laboratoriya və digər tikililərinə dair layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması”

49 442 AZN

30.12.2025

5

İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC

Dövlət Vergi Xidmətinin inzibati binasında (isitmə-soyutma) havalandırma sisteminin quraşdırılması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətləri

11 682 AZN

26.12.2025

6

"Metrologiya İnstitutu" PHŞ

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs üçün “Cari təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidməti” satınalınması

8 390 AZN

19.12.2025

7

"Azəristiliktəchizat" ASC

İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə əlaqədar məhəllədaxili istilik xətlərinin layihələndirilməsi işlərinin satınalınması

25 960 AZN

15.12.2025

8

"Azəristiliktəchizat" ASC

İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə əlaqədar xarici elektrik təchizatının layihələndirilməsi işlərinin satınalınması

11 328 AZN

27.11.2025

9

"Suraxanı Maşınqayırma Zavodu" ASC

Layihə-smeta sənədlərinin hazırlanması

82 713 AZN

20.11.2025

10

Milli Hidrometeorologiya Xidməti

Hidrometeorloji Stansiyalarının əsaslı təmir işləri ilə əlaqədar qüsur aktlarının tərtib olunması, layihə smeta sənədlərinin hazırlanması və təsdiq olunması

14 750 AZN

20.11.2025

11

Milli Hidrometeorologiya Xidməti

Regional Hidrometeorologiya Mərkəzlərinin əsaslı təmir işləri ilə əlaqədar qüsur aktlarının tərtib olunması, layihə smeta sənədlərinin hazırlanması və təsdiq olunması

20 367 AZN

06.11.2025

12

Daşkəsən RİH

Daşkəsən rayonunun T.İsmayılov küçəsi 13; 13A və O.Cəfərli küçəsi 7 ünvanlarında yerləşən yataqxana binalarının əsaslı təmir işlərinə dair layihə-smeta sənədlərinin hazırlanması

14 479 AZN

16.09.2025

13

"Minatəmizləmə Agentliyi" PHŞ

Xankəndi şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin müvəqqəti balansına verilmiş qeyri-yaşayış binasının əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması xidməti

14 750 AZN

01.09.2025

14

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

İdarənin inzibati binasının cari təmir işləri üçün layihə smeta sənədlərinin hazırlanmasının

13 924 AZN

24.07.2025

15

Gədəbəy RİH

Gədəbəy şəhərində abadlıq işlərinin yerinə yetirilməsi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması

9 346 AZN

08.07.2025

16

Göygöl RİH

Göygöl Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin balansında olan yaşayış mənzillərində əsaslı təmir işlərinin aparılmasına dair layihə-smeta sənədlərinin hazırlanması

9 710 AZN

24.06.2025

17

Abşeron RİH Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyi

Xırdalan şəhərində mənzil fondunun təmirinin layihə smeta sənədlərinin hazırlanmasının satın alınması

9 440 AZN

29.05.2025

18

Cəlilabad RİH BaşçısınınCəlilabad Şəhər Ərazi Nümayəndəliyi

Cəlilabad şəhərində binaların əsaslı təmiri işlərinin layihə smeta sənədlərinin hazırlanması

7 530 AZN

21.05.2025

19

Goranboy RİH Başçısının Goranboy Şəhər Ərazi Nümayəndəliyi

Goranboy şəhərində yaşayış binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması

6 950 AZN

14.05.2025

20

Saatlı RİH

Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması

5 729 AZN

21.04.2025

21

Astara RİH

Astara rayon daxili yolların əsaslı təmiri işlərinin layihə smeta sənədlərinin hazırlanması

6 755 AZN

07.03.2025

22

Ordubad RİH

Ordubad şəhəri üzrə yaşayış binalarının təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması

69 750 AZN

08.01.2025

Cəmi 2025 - 392 995 AZN

23

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Vətəndaş qəbulu və Deputatlarla İş Mərkəzinin yenidənqurma işləri üzrə layihələndirilməsi

37 450 AZN

27.12.2024

24

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Agentliyin inzibati binasının əsaslı təmiri üzrə layihələndirilmə

23 720 AZN

16.12.2024

25

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Ali Məclisin həyətyanı sahəsinin, qaraj, avtoyuma, söhbətgah, yeməkxana və sürücülər üçün binanın yenidən qurulması işləri üzrə layihələndirilməsi

19 850 AZN

09.12.2024

26

Milli Hidrometeorologiya Xidməti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli hidrometeorologiya Xidmətinin Gəncə RHM-nin inzibati binasında əsaslı və cari təmir işləri ilə əlaqədar qüsur aktının tərtib olunması, layihə smeta sənədlərinin hazırlanması və təsdiq olunması

7 200 AZN

06.12.2024

27

 

Babək RİH

Nehrəm qəsəbəsində 3 ədəd sanitar qovşağın layihə-smeta sənədlərinin satın alınması

14 100 AZN

11.10.2024

CƏMİ 2024 - 102 320 AZN

YEKUN - 555 377 AZN

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR