"e-Tabib" "mygov"a tam inteqrasiya olundu

\"e-Tabib\" \"mygov\"a tam inteqrasiya olundu

CƏMİYYƏT

Bugün, 10:09

Rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur.
Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR