İsrail Livana yenə zərbə endirib – 15 nəfər ölüb, yaralılar var  

İsrail Livana yenə zərbə endirib – 15 nəfər ölüb, yaralılar var  

DÜNYA

Bugün, 08:22

Atəşkəs anaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubunda gücünü qoruyan Hizbullah qruplaşmasına qarşı zərbələri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son sutkada İsrailin endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb, 50-yə yaxın yaralı var.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki, Nəbatiyyə bölgəsinə hücumda 2 nəfəri səhiyyə işçisi olmaqla 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

“Hizbullah” qruplaşamsı isə bəyanat yayaraq İsrailin hücumuna cavab olaraq İsrail əsgərləri ilə yanaşı, Merkava tankları, hərbi maşınları və Livanın cənubundakı işğal olunmuş ərazilərdəki hərbi məntəqələrə zərbə endirdiklərini bildirib: “Hula, Bayyada, Deyr Suryan, Xirbet Menara, Tayr Harfa, Tayba, Rəşəf, Nakura və Abbad ərazilərində İsrail ordusuna qarşı ümumilikdə 25 hücum həyata keçirilib.Hücumlarda İsrail ordusunun Merkava tankları, Hummer tipli hərbi maşınları, rabitə sistemləri və PUA siqnal bloklama sistemləri raketlər, artilleriya atəşi və kamikaze dronları ilə hədəfə alınıb...”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR