İRAN ABŞ və İSRAİLİ NÜVƏ SİLAHIYLA TƏHDİD ETDİ: “Əgər bizə hücum olarsa…”

İRAN ABŞ və İSRAİLİ NÜVƏ SİLAHIYLA TƏHDİD ETDİ: “Əgər bizə hücum olarsa…”  

GÜNDƏM

Bugün, 13:57

İran ABŞ və İsrailin İranla razılama olmadığı halda, ölkəyə yenidən mümkün hücuma dünyan tədirgin salacaq sərt təhdidlə cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi parlamentin adından bəyanat səsləndirib.

O bildiriib ki, ölkəyə yeni hücum gündəmə gələrsə, rəsmi Tehran çox sürətli şəkildə uranın zənginləşdirilməsi dərəcəsini 90 faizə qədər artıracaq.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın uran ehtiyatını 60 faizdən əhəmiyyətli dərəcədə artırdığını xatırladaq, bu son vəziyyətdən tədirgin olub. Qurumdan bildirilib ki, bu bəyanat “vəziyyətin çox ciddi narahatlıq" həddində olduğunu göstərir.

Mütəxəssislərə görə, 90 faizlik uran zənginləşdirilməsi artıq nüvə siilahına rəsmən sahiblənmək deməkdir.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR