İRAN QIRICILARINI PAKİSTAN ƏRAZİSİNDƏ GİZLƏDİB? – Rəsmi İslamabaddan ABŞ-ın iddiasına reaksiya

İRAN QIRICILARINI PAKİSTAN ƏRAZİSİNDƏ GİZLƏDİB? – Rəsmi İslamabaddan ABŞ-ın iddiasına reaksiya  

GÜNDƏM

Bugün, 11:01

Pakistan Xarici İşlər Nazirliyi İranın ABŞ və İsrailin hücumlarından qırıcı təyyarələrini qorumaq məqsədiylə onların böyük hissəsini Pakistanın Nur Xan hava bazasına “qaçırması” barədə ABŞ mediasında yazılan məqalə dair bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda İranın Pakistandakı Nur Xan hava bazasına çox sayda döyüş təyyarəsi yerləşdirdiyi barədə yayılan məlumatları qəti şəkildə təkzib olunub.

Pakistan XİN-dən bildirilib ki, “CBS News” kanalında yayılan bu iddia spekulyativ məlumat lmaqla yanaşı, regional sabitlik və sülh üçün davam edən səyləri pozmağa yönəlib: “Pakistanın paytaxtı İslamabadda İran və ABŞ jheyətləru arasında ilk görüşdə diplomatik və inzibati personalın  təhlükəsizliyi məqsədylə İran və ABŞ-dan bir sıra təyyarələr ölkəmizə eniş edib. O təyyarələrdən bəziləri növbəti danışıqlar mərhələsinə hazırlıq məqsədilə müvəqqəti olaraq Pakistanda qalıb. Hazırda Pakistanda park edilmiş İran təyyarələri atəşkəs dövründə ölkəyə gəlib və heç bir hərbi fövqəladə vəziyyət və ya “qaçırılma” ilə əlaqəli deyil. Əks iddialar spekulyativ, yanlış və faktlardan tamamilə uzaqdır. Pakistan dialoq və gərginliyin azaldılması səyləri kontekstində həmişə neytral, konstruktiv və məsuliyyətli vasitəçi kimi çıxış edir və edəcəkdir”

Xatırladaq ki, “CBS News” 11 may tarixli xəbərində adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən bildirib ki, İran 8 apreldə əldə edilən iki həftəlik müvəqqəti atəşkəsdən bir neçə gün sonra Pakistandakı Nur Xan Hava Bazasına çoxlu sayda hərbi təyyarələrini “qaçırıb”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR