İKİ HƏRBÇİMİZ MİNAYA DÜŞDÜ - MN açıqlama yaydı

İKİ HƏRBÇİMİZ MİNAYA DÜŞDÜ - MN açıqlama yaydı

GÜNDƏM

11.05.2026, 22:44

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə yerlışdiirliblər: "Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR