İran ABŞ hərbi gəmilərinə hücum edir, ABŞ sərt cavab verir – “Bu, yüngül bir şillədir”

İran ABŞ hərbi gəmilərinə hücum edir, ABŞ sərt cavab verir – “Bu, yüngül bir şillədir”

GÜNDƏM

Bugün, 10:21

ABŞ və İran arasında imzalanacaq sülh müqaviləsinin diqqət mərkəzində olduğu bir anda danışıqları poza biləcək hadisələr yaşanır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran Hörmüz boğazında üç ABŞ hərbi gəmisini hədəf aldı və ABŞ ordusunun cavab olaraq Bəndər Abbas yaxınlığında, Qeşm adasında və İranın cənubundakı Minaba zərbələr endirib.

ABŞ Ordusunun Mərkəzi Komandanlığından (CENTCOM) bildirilib ki, onlar İranın hücumlarına cavab verirlər: “Biz hücumlara özünümüdafiə məqsədilə cavab verdik; gərginliyi artırmaq niyyətimiz yoxdur".

ABŞ prezidenti Tramp isə cavab hücumunun "yüngül bir şillə" olduğunu və atəşkəsin davam etdiyini bəyan edib.

Tasnim Xəbər Agentliyi yazır ki, Hörmüz boğazı yaxınlığındakı üç ABŞ hərbi gəmisinin İran donanması tərəfindən vurulub.

İran ordusu isə ABŞ-ın Hörmüz boğazına daxil olan bir İran neft tankerini və başqa bir gəmini hədəf alaraq atəşkəsi pozduğunu açıqlayıb: “ABŞ bəzi regional ölkələri ilə əməkdaşlıq edərək mülki ərazilərə hava hücumları həyata keçirib. İran heç bir hücuma sərt və tərəddüd etmədən cavab verəcək".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR