Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi - FOTOLAR

Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi - FOTOLAR

İQTİSADİYYAT

Bugün, 12:26

Şirkət “Azərxalça” ASC ilə tərəfdaşlıq əsasında qadınların sosial həyatda rolunun gücləndirilməsinə yönəlmiş növbəti təşəbbüsünü reallaşdırdı

“Azercell Telekom” MMC “Azərxalça” ASC ilə əməkdaşlıqda qadın həmrəyliyini və gücünü əks etdirən “Minlərlə ilmə, bir güc” sosial təşəbbüsünü uğurla həyata keçirib. Təşəbbüs, eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədini daşıyıb.

Mia.az xəbər verir ki, layihə çərçivəsində qadınlar arasında həmrəyliyi, onların cəmiyyətin sosial və mədəni inkişafındakı rolunu simvolizə edən xüsusi xalça hazırlanıb.

Təşəbbüs mayın 2–3-də keçirilən Beynəlxalq Xalça Festivalı zamanı geniş ictimaiyyətə təqdim edilib. Festival günlərində qadın ziyarətçilər və ictimai xadimlər təşəbbüsə böyük maraq göstərərək xalçanın yaradılma prosesində birbaşa iştirak ediblər. Belə ki, festivalın qadın iştirakçıları xalçaya ilmə vuraraq bu unikal sənət nümunəsinin formalaşmasına öz töhfələrini veriblər.

“Azercell Telekom” MMC layihəyə qoşularaq xalçanın hazırlanmasında iştirak edən bütün qadınlara öz təşəkkürünü bildirir!

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR