ABŞ ordusu Hörmüzdə əməliyyyata hazırlığı artırdı – CENTCOM hərəkətlənib

ABŞ ordusu Hörmüzdə əməliyyyata hazırlığı artırdı – CENTCOM hərəkətlənib

GÜNDƏM

Bugün, 10:12

ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında İranın blokada saxladığı 2 mindən çox tanker və yük gəmilərini azad edəcəkləri barədə bəyanatındna dərhal sonra Mərkəzi Komandanlığa (CENTCOM) bağlı hərbi qüvvələr bölgəyə doğru yön alıb.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, CENTCOM əməliyyata raket esminetsləri, 100-dən çox hava qüvvələri, minlərlə PUA və 15 mindən çox hərbçini cəlb edib.

Pentqondan bildirili ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən dörddə birinin keçdiyi strateji bir su yolu olduğundna bura uzun müddət qapalı qala bilməz: “4 may tarixindən komandanlıq ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədiylə əməliyyata rəsmən başlayıb. ABŞ Prezidenti Donald Trampın əmri ilə başlaann əməliyyatla beynəlxalq ticarət dəhlizindən sərbəst keçid etmək istəyən ticarət gəmiləri qorunacaq. Buna görə də, əməliyyat təkcə regional təhlükəsizlik üçün deyil, həm də qlobal enerji bazarları və ticarət zəncirləri üçün vacibdir. Bu missiyasına dəstəyimiz regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün mühimdir. Onu da bildirək ki, ABŞ-ın İran limanlarına dəniz blokada davam etdiriləcək”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR