Xarici diplomatlar Şuşaya gedib
GÜNDƏM
02.05.2026, 09:38
Diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərinin ikinci günü Şuşadan başlayıb.
Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov xarici nümayəndələrə Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib.
Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.
Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci - Yeni Şuşa məscidi daxil olacaq.
Sonra xarici qonaqlar Qazançı kilsəsi ilə tanış olublar.
Daha sonra diplomatik korpus nümayəndələri Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər.
Qeyd olunub ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.
İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Seda Sayandan Haluk Levent haqqında gözlənilməz - AÇIQLAMA
Bugün, 22:26 MƏDƏNİYYƏT
-
Türkiyəli aktrisa biznes layihəsinə başlayıb
Bugün, 20:08 MƏDƏNİYYƏT
-
TRAMP İRANI HƏM HƏDƏLƏDİ, HƏM DƏ... - "Çin və Pakistanın xahişi ilə danışıqları bərpa etdim, lakin..."
Bugün, 19:50 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
Bugün, 19:34 GÜNDƏM
-
Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və... - Onlara hökm oxundu
Bugün, 17:40 PRESS
-
"Real Madrid" Yan Diomande ilə razılaşdı
Bugün, 17:30 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
Bugün, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
Bugün, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
Bugün, 16:24 KRİMİNAL
-
"Səhər" telekanalı və "Mehr" ölkəmizdə bloklandı, nümayəndələrinin fəaliyyəti qadağan olundu. - MEDİA bəyanat yaydı
Bugün, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
Bugün, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
Bugün, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
Bugün, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
Bugün, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
Bugün, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
Bugün, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
Bugün, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
Bugün, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
Bugün, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
Bugün, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
Bugün, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
Bugün, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
Bugün, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
Bugün, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
Bugün, 13:07 DÜNYA
-
Bakıda külək güclənib
Bugün, 13:01 GÜNDƏM
-
Hərbi çağırışla bağlı son vəziyyət müzakirə olunub.
Bugün, 12:49 GÜNDƏM
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:49 GÜNDƏM
-
Komitə sədri polkovniki yüksək vəzifəyə təyin etdi
Bugün, 12:36 GÜNDƏM
-
Rəşad Göyüşov vəzifədən çıxarıldı
Bugün, 12:23 CƏMİYYƏT
-
Sabah isti hava olacaq - Proqnoz
Bugün, 12:10 GÜNDƏM