"SEMAŞKO" İLƏ "YENİ KLİNİKA"YA DİREKTORLAR TƏYİN EDİLDİ - TƏBİB-in yeni rəhbərindən yeni əmrlər (FOTO)

\"SEMAŞKO\" İLƏ \"YENİ KLİNİKA\"YA DİREKTORLAR TƏYİN EDİLDİ - TƏBİB-in yeni rəhbərindən yeni əmrlər (FOTO)

CƏMİYYƏT

Bugün, 10:36

Kliniki Tibbi Mərkəzə yeni direktor təyin olunub.

Mia.az xəbər verir ki, bu vəzifəyə əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu gətirilib.

Bununla bağlı müvafiq Əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.

Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı KTM-in direktoru Könül Ələkbərova da vəzifəsindən azad edilmişdi.

***

"Yeni Klinika"ya da yeni direktor təyin edilib.

Bu vəzifəyə Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Zəhra Vəzirova gətirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb. 

Zəhra Vəzirova bu vəzifəyə kimi İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. 

O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islatlar zamanı Yeni Klinikanın direktoru Barat Yufubov da vəzifəsindən azad edilmişdi.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR