Çindən İrana Hörmüz boğazı ilə bağlı çağırış: “Sərbəst və təhlükəsiz keçidi təmin edin!”

Çindən İrana Hörmüz boğazı ilə bağlı çağırış: “Sərbəst və təhlükəsiz keçidi təmin edin!”

DÜNYA

Bugün, 10:51

Çin İranın qapatdığı Hörmüz boğazı ilə bağl rəsmi Tehrana çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Xarici işlər naziri Vanq Yi iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışığənda söz açıb.

Çinli nazir sahil dövləti kimi İranın suverenliyinə, təhlükəsizliyinə, qanuni hüquqlarına və maraqlarına hörmət edilməli olduğunu deyib: “Lakin beynəlxalq səviyəli boğazda naviqasiya azadlığı və təhlükəsizliyi də təmin olunmalıdır. Bu, təkcə bizim deyil, həmdə beynəlxalq ictimaiyyətin ortaq çağırışıdır”.

Vanq qeyd edib kİ, Çin regiondakı vəziyyəti və regional ölkələr arasında münasibətləri yaxşılaşdırmaq və Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səylərini davam edirəcək.

İran XİN başçısı Çinə müharibə dövründəi mövqeyi və dəstəyinə görətəşəkkür edib: “Çinin münaqişənin sona çatdırılması və sülhün təşviqindəki konstruktiv rolu böyükdür. Buna görə sizə təşəkkür edirik”

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR