Gecə klubunda tutulan keçmiş hakim: “Görüntülərim seksual xarakterli deyil” - FOTO

Gecə klubunda tutulan keçmiş hakim: “Görüntülərim seksual xarakterli deyil” - FOTO

ŞOU-BİZNES

Bugün, 18:09

İstanbulda gecə klublarının birində narkotikə qarşı keçirilən əməliyyatda saxlanılan sosial media fenomeni, keçmiş futbol hakimi hakim Elif Karaaslanın polisə ifadəsi yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, ifadəsində narkotik maddə qəbul etmədiyini deyib.

Sosial media heablarındakı fotolarının seksual xarakterli olması və bunun da ictimai əxlaqla təzad təşkil etməsi barədə suala gəldikdə isə keçmiş hakim bu ittihamla razılaşmayıb.

O, deyib ki, paylaşdığı şəkillər seksual xarakterli ədəbsiz görüntülər olsaydı, sosial media platformaları öz daxili siyasətlərinə uyğun olaraq, onu bloklayardı: “Ancaq “İnstaqram”dakı abunə paylaşımlarında ədəbsizlik olmadığını system avtomatik təsdiqləyir”.

Keçmiş hakim Futbol Federasiyası tərəfindən hakimlikdən uzaqlaşdırlma qərarı ilə bağlı suala isə cavabda deyib ki, bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib: “Mən yenidən hakimliyə qayıdacağam”

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR