Gömrükdə iki rəis təyinatı oldu - Mətbuat katibi sualdan niyə yayınır ki?

Gömrükdə iki rəis təyinatı oldu - Mətbuat katibi sualdan niyə yayınır ki?

GÜNDƏM

Bugün, 16:41

Dövlət Gömrük Komitəsinin Kürdəmir gömrük postunda yeni təyinat olub.

Məlumata görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq əmri ilə Zaur Quliyev sözügedən postun rəisi vəzifəsinə gətirilib.
Şahin Bağırovun digər əmri ilə bir neçə ay əvvəl Biləsuvar Gömrük İdarəsinin rəis əvəzi təyin olunan Ramil Seyidzadə sözügedən qurumun rəisi vəzifəsinə təsdiqlənib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Natiq Axundov əvvəlcə sualları cavablandıracağını vəd etsə də, daha sonra bundan yayınıb.
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR