İstefa verən baş məşqçini cəzalandırmaq istəyirlər 

İstefa verən baş məşqçini cəzalandırmaq istəyirlər 

İDMAN

Bugün, 08:32

Türkiyə super liqasında mübarizə aparan “Qaziantep FK”nın baş məşqçisi postundan Futbol Federasiyasına (TFF) sərt ittihamlar irəli sürərək, istefa verən Burak Yılmazı cəzalandırmaq istəyirlər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq TFF onun açıqlamarına hüquqi qiymət verilməsi üçün materialları İntizam Komitəsinə (PFDK) göndərib.
Məlumata görə, materiallarda Burak Yılmazın aşağıdakı sözlərinin futbola zidd çıxışlar olması iddia olunub və cəza müəyyənləşməsi istənilib: "Mərkəzi Hakim Komitəsinin rəhbəri Ferhat Gündoğdu burada toxunulmazdırmı? Çox şey baş verib. Fuat Göktaşla istədikləri kimi şeylər edirlər. Fuat Göktaş mövsümün əvvəlində Antalyada təlim-məşq toplanışında olduğumuz zaman mənə zəng etdi, dedi ki, “Burak Yılmaz qanunsuz mərc oyununda iştirak edib". Dedim ki, “Nə danışırsan, abi? Mən 2011-2012 mövsümündə o acını yaşadım. Bu mərc məsələsi məni çox yandırdı.”m. On beş dəqiqə sonra Fuat Göktaş mənə yenə zəng etdi. Dedi ki, “Üzr istəyirəm, səhv Burak Yılmaz idi, İğdırdan biri idi, mən onun adını siyahıdan çıxartdırmışam”. Görürsünüzmü?
Mənim vicdanım təmizdir, başım dikdir.
Mən bu zəngdən sonra lazımi yerlərə zəng etdim. Klub prezidentinə zəng etdim, işlər xaosa döndü. Üç gün sonra “Kocaelispor” matçında hakim Burak Pakkan məni səbəbsiz yerə meydandan qovdu. Meydandan qovulana qədər heç nə etmədim. Amma meydandan qovulduqdan sonrakı reaksiyam səhv oldu. Niyə haqsız yerə meydandan qovuldum? Bundan sonra Fuat Göktaşa zəng etdim, sərt sözlər dediim. Səhv etdim, razıyam.
Bundan sonra bu günə qədər hər matçda məni sanki qətlə yetirdilər. Federasiya bunu edir. Vəziyyət belədir. Federasiya bu şəkildə davam edir. Bu federasiya ilə, bu hakimlərlə olmaz…"
Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR