Ərdoğan tələb etdi, Kamal Kılıçdaroğlu haqda həbs qərarı çıxarıldı - 11 ay 20 günlük... 

Ərdoğan tələb etdi, Kamal Kılıçdaroğlu haqda həbs qərarı çıxarıldı - 11 ay 20 günlük... 

SİYASƏT

Bugün, 14:31

Keçmiş CHP sədri Kamal Kılıçdaroğlu prezident Ərdoğanın şikayəti ısasında həbs edilib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Mersin 3-cü Cinayət Məhkəməsi qərar verib.
Məlumata görə, məhkəmə Kamal Kılıçdaroğlunu "prezidenti təhqir etmək"də günahlandıraraq 11 ay 20 gün həbs cəzasına məhkum edib.
Kılıçdaroğlunun vəkili Cəlal Çelik qərarı qəbul etmədiklərini və apelyasiya şikayəti verəcəklərini açıqlayıb: “Bu, siyasi və tam qanunsuz qərardır. Bu qərar qəbuledilməzdir. Bu qanunsuz qərara apelyasiya şikayəti verəcəyik və inanıram ki, qəapelyasiya şikayəti ilə ləğv ediləcəyinə əminik”.
Xatırladaq ki, iki il əvvəl Kılıçdaroğlu eyni iş üzrə Ankarada müdafiə çıxışı edib və o, “Mənim vəzifəm yanlış davranan və hərəkətə yol verən dövlət məmurunu açıq şəkildə tənqid etmədik”, deyərək, siyasi partiyalar və söz azadlığı haqqında qanunlara əsaslanaraq özünə haqq verib.
Məhkəmənin qərarından sonra prosesin necə davam edəcəyi hələlik məlum deyil. Yəni, Kamal bəyin dərhal həbsə atılıb-atılmayacağı hələ dəqiqləşməyib.
Firudin Səfərli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR