Canlı yayımda sensasiyalı iddia: İsrail Türkiyəyə müharibə elan edəcək, ABŞ çətin vəziyyətdə qalıb  

Canlı yayımda sensasiyalı iddia: İsrail Türkiyəyə müharibə elan edəcək, ABŞ çətin vəziyyətdə qalıb  

GÜNDƏM

Bugün, 13:39

İsrail Baş naziri Benyamin Netanyahunun Prezident Ərdoğana növbəti dəfəreplka atmasından sonra amerikalı məşhur jurnalist, siyasi təhlilçi Kurt Mills canlı yayımda sensasiyalı iddialar irəli sürüb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, İsrailin tezliklə Türkiyəyə müharibə elan edə biləcəyi ehtimalını real sayıb.

Amerikalı jurnalist bildirib ki, bu hücum ABŞ-I çox çətin vəziyyətdə qoyacaq: “İsrail-Türkiyə münasibətlərindəki gərginlik artıq Qəzzanı aşaraq, Suriya və Livanı əhatə edən regional səviyyəyə yüksəlib. Baş nazir Netanyahunun Prezident Ərdoğanı hədəf alan açıqlamalarından sonra bölgədəki dramatic durum yeni bir ölçüyə çatıb. Bəli, İsrail Türkiyə ilə potensial münaqişə ehtimalı ilə qarşı-qarşıyadır. Bu hücumun olma ehtimalı çox yüksəkdir. Əgər bu, baş verərsə, ABŞ-ın nə edəcəyi çox maraqlıdır. İsrail Türkiyəyə qarşı mübarizə aparmaq üçün ABŞ-dan kömək istəyə bilər. Çünki İsrail bu miqyaslı gərginliyi təkbaşına idarə edə bilməz. Ona görə Təl-Əviv administrasiyası Vaşinqtonun hərbi və lojistik dəstəyi olmadan Türkiyə ilə uzun müddətli savaşa bilməyəcək. Ən əsas məsələ isə belə bir ssenaridə NATO üzvü olan Türkiyə ilə müttəfiq münasibətləri olan ABŞ necə davranacaq. Vaşinqton çətin bir dilemma ilə üzləşdirə bilər. Hadisələrin inkişafı regionda gərginliyi daha da artıracaq, sözsüz ki. NATO-nun necə davranacağı da bu prosesdə Alyansın gələcəyi baxımından da həlledici olacaq”.

Xatırladaq ki, ABŞ son bir ayda İrana hücumda NATO-nun ona dəstək verməməsini bəhanə edərək, Alyansdan çıxacağı yönündə mesajlar verir. Bunun Türkiyəyə gözənilən hücumla bağlılığını axtaranlar da indi az deyil.

Ötən gün Türkiyə XİN başçısı Hakan Fidanın da “israil savaşsız, düşmənsiz yaşaya bilməz”, - deyə Türkiyənin növbəti hədəf taxtası olacağına eyham vurması da, qorxulu iddiaların gerçək olma ehtimalını gücləndirir…

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR