Sosial mediada yenə fırıldaqçılar peyda olub - Qüdrət Nəzərli “Lucce Decor” adı altında vətəndaşları aldadır

Sosial mediada yenə fırıldaqçılar peyda olub - Qüdrət Nəzərli “Lucce Decor” adı altında vətəndaşları aldadır

CƏMİYYƏT

Bugün, 10:09

“Lucce Decor” adı ilə sosial mediada reklam verərək, güzgülərdə böyük endirim kampansiyasına başlaqdıqların bildirən və dələduzluqla məşğul olan şəbəkə xüsusən Instagramda (guzgü_lucce_decor) və TikTok-da fəaliyyətini genişləndirir.

Belə ki, bu reklamlarda 070-434-04-34 telefon nömrəsi əlaqə vasitəsi kimi göstərilir və daha sonra dələduzların özünü Qüdrət Nəzərli kimi təqdim edən nümayəndəsi ölçü götürmək üçün sifariş verilən ünvana gəlir. Həmin şəxs ölçüləri götürdükdən sonra sifarişçiyə beh verilməsinin zəruri olduğunu bildirir.

O, bu zaman Qüdrət Nəzərlinin adına olan bank kartı nömrəsini(4169 7388 7008 1233) təqdim edir. Qüdrət Nəzərli özü barədə sifarişçidə inam yartmaq üçün isə Kolatan kəndindən olduğunu və babası Nəzər kişinin Bala Kolatan kənd qəbristanlığında ocağının olduğunu da bildirir.

Atası Ağa kişinin kəndə nüfuzlu adam olduğunu deyir. Hazırda ofislərinin isə Dərnəgüldə yerləşdiyini bildirir. Beh aldıqdan sonra isə dələduzlar sifarişlərinin çox olduğunu əsas gətirərək iki həftə ərzində bu sifarişi yerinə yetirəcəklərinə söz verilər. Sonra isə müxtəlif bəhanələrlə vaxtı uzadırlar. Vətəndaşların narazılığı artdıqda isə onlar sifarişçiləri bloka atırlar.

Qeyd edək ki, dələduzluq və kiber cinayətkarlıqla məşğul olan şəbə ilə bağlı araşdırmamız davam edəcəkdir. Hazırda onların elanlarda verdiyi 070-434-04-34 telefon nömrəsinin bağlı olduğu aydınlaşıb. İlkin araşdırmamız göstərir ki, sözügedən şəbəkə gah duş kabin, gah mühəccər, gah da mərmərin topdan və pərəkandə satışı ilə bağlı sosial mediada elanlar verirlər və vətəndaşları aldadırlar.

Samir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR