RƏSMİ PEKİN DİLƏ GƏLDİ - Çindən Hörmüz boğazı ilə bağlı bəyanat

RƏSMİ PEKİN DİLƏ GƏLDİ - Çindən Hörmüz boğazı ilə bağlı bəyanat

GÜNDƏM

Bugün, 16:10

“ABŞ və İsrailin hücumları və İranın cavab tədbirləri nəticəsində Yaxın Şərqdə artan münaqişə səbəbindən gəmiçilik trafikinin pozulduğu Hörmüz boğazının açıq saxlanılması beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğundur”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu müharibə başlayandan bəri səsiszliyini qoruyan in Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında deyib.

O, ABŞ prezidenti Donald Trampın İranla münaqişənin həlli ilə bağlı İslamabad şəhərində birbaşa danışıqların uğursuz bitməsindən sonra Hörmüz boğazını blokadaya alacaqları barədə açıqlamasının xoş olmadığını bildirib: “Bu boğaz beynəlxalq mal və enerji ticarəti üçün vacib bir yoldur. Hörmüz boğazından sabit, təhlükəsiz və maneəsiz keçid beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğundur. İndi orada yaranan problem İrandakı münaqişə ilə birbaşa əlaqəlidir. Pekin hesab edir ki, yeganə çıxış yolu atəşkəs və münaqişənin tezliklə bitməsidir”

XİN rəsmisinin sözlərinə görə, İslamabadda keçirilən danışıqları gərginliyin azaldılması istiqamətində mühüm addım saymaq olar: "Ümid edirik ki, tərəflər müvəqqəti atəşkəs razılaşmasına əməl edəcək və münaqişələrin qarşısını almaq üçün siyasi və diplomatik səylərini davam etdirəcək. Regionda sülh və sabitlik indi bütün dünya üçün çox vacibdir. Çin enerji təhlükəsizliyini və təchizat zəncirinin davamlılığı üçün tərəflərlə işləməyə hazırdır”.

Trampın Çinin İrana silah tədarük edəcəyi təqdirdə 50% əlavə tarif tətbiq edəcəyi barədə hədəsinə gəlincə, XİN rəsmisi bildirib ki, Çin hərbi məhsulların ixracına həmişə ehtiyatlı və məsuliyyətli yanaşıb, onların satışlarını beynəlxalq öhdəliklərə uyğun olaraq ciddi nəzarət altında saxlayıb: “Biz bununla bağlı deyilənləri əsassız və zərərli sayırıq”

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR