VİTSE-PREZİDENT İSLAMABADA YOLA DÜŞDÜ: “Əgər bizi oyalamağa çalışsalar…”

VİTSE-PREZİDENT İSLAMABADA YOLA DÜŞDÜ: “Əgər bizi oyalamağa çalışsalar…”

GÜNDƏM

Bugün, 17:07

ABŞ vitse-prezidenti JD Vance sabah Pakistanın paytaxtında İranla danışıqlar üçün az əvvəl İslamabadda yola düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hava limanında yola düşmədən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Vitse-prezident bildirib ki, onlar Pakistana müzakirə xatirinə deyil, real anlaşma ümidiylə gedirlər: “Əgər İran tərəfi orada bizi oyalamağa, vaxtımızı almağa çalışsalar, bu, qətiyyən xoş olmayacaq. Prezident Tramp mənə və heyətə danışıqlar prosesi üçün çox aydın tapşırıq verib. Biz diplomatiyaya şans verməyə hazırıq.Tehranın səmimiyyətini sınayacağıq. Əgər iranlılar vicdanla danışıqlar aparmağa hazırdırlarsa, biz mütləq onlara açıq əl uzadacağıq. Yox, əksi olarsa, o zaman qarışılığını alacaqlar. İndi hər şey İranın münasibətindən asılıdır”.

Xatırladaq ki, Vansı xüsusi elçi Stiv Vitkoff və Trampın kürəkəni Kuşner müşayiət edir.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR