ABŞ-İRAN GÖRÜŞÜNÜN MƏKANI BƏLLİ OLDU: dərslər bağlandı və… - Yaxın Şərqin taleyi bu hoteldə həll olunur + Fotolar

ABŞ-İRAN GÖRÜŞÜNÜN MƏKANI BƏLLİ OLDU: dərslər bağlandı və… - Yaxın Şərqin taleyi bu hoteldə həll olunur + Fotolar

GÜNDƏM

Bugün, 15:21

ABŞ və İran arasında 15 günlük atəşkəs razılaşması ilə bağlı sabah tərflər arasında Pakistanda ilk görüş olacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq görüşün keçiriləcəyi məkan belə müəyyənləşib.

Məlumata görə, danışıqlar Pakistandakı 300 otaqlı “Serena” otelində olacaq: “Bu görüşlə bağlı paytaxt İslamabadda iki günlük tətil elan edilib, dərslər bağlanıb, şəhərdə sərt təhlükəsizlik tədbirləri görülüb. Bir sözlə, göydə quş belə uçurulmur".

Pakistan mənbələr deyir ki, görüşün olacağı otel artıq boşaldılıb: “İslamabad Serena Otelindəki biznes kompleksi boşaldılıb, ofislər bağlanıb və müxtəlif təşkilatların işçilərinə bazar gününə qədər evdən işləmək tapşırılıb. ABŞ və İran nümayəndə heyətlərinin orada qalması gözlənildiyi üçün bütün ərazi ciddi təhlükəsizlik tədbirləri görülüb. Obyektin ətrafına konteynerlər yerləşdirilib. Yaxınlıqda ağır təhlükəsizlik texnikaları yerləşdirilib.”

Xəbərdə deyilir ki, danışıqlarda İran tərəfini Parlament sədri Məhəmməd Bağer Qalibaf, ABŞ-I isə Vitse-prezident, Trampın kürəkəni və xüsusi nümayəndəsi təmsil edəcək.

O da bildirilir ki, Pakistan təyyarələri İran nümayəndə heyətini İslamabada müşayiət edəcək.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR