600-dən çox filmdə rol alan 83 məşhur aktyor indi bir tikə çörəyə möhtac qalıb: “Fotolarını satır” - VİDEO, FOTO

600-dən çox filmdə rol alan 83 məşhur aktyor indi bir tikə çörəyə möhtac qalıb: “Fotolarını satır” - VİDEO, FOTO

MƏDƏNİYYƏT

Bugün, 00:05

Türkiyə kinosunun unudulmaz aktyorlarından olan 83 yaşlı İhsan Gedik indi dolanışıq girdabında çabalayır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur aktyor indi bir tikə çörək üçün hər gün İstanbulda köhnə filmlərdən qalmış fotolarını və xatirə əşyalarını satmaqla evinə bir tikə çörək aparmağa çalışır.
Bu barədə açıqlama yayan jurnalist Mehmet Ferec 600-dən çox filmlərdə unudulmaz roller oynamış 83 yaşlı aktyorun görüntüsünü İstanbuldakı Karaköy - Tünel xəttində lentə alaraq paylaşıb.
Qısa zamanda Türkiyə mediasının manşetinə daşınan görüntüdən aydın olur ki, nimdaş geyim və əsa ilə gəzən aktyor yeriməkdə də çətinlik çəkir. Ancaq buna baxmayaraq, hər gün evindən bir tikə çörək üçün çıxır.
Bu haqda jurnalist Mehmet Ferec yazıb: “Yüzlərlə filmdə rol alan İhsan Gedik xatirələrini və fotoşəkillərini sataraq dolanışığını təmin etməyə çalışır. Bu, onun vaxtılə oynadığı film deyil, bu, onun gerçək həyatı, öz filmidir. Bu, həm də kino sahəsinin amansızlığının göstəricidir. Bəli, pensiya yaşından sonra təminat olmadığından 83 yaşlı aktyor hələ də dolanmaq üçün mübarizə aparır. Görəsən, hansı ölkənin kino sahəsində bu qədər filmdə rol alan neçə aktyor ahıl yaşında belə zülm çəkir?!".
Ləman
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR