İRAN LİDERİ QİSAS VƏDİ VERDİ, QONŞULARA BARMAQ SİLKƏLƏDİ: “Doğru gör, doğru anla, doğru yerdə dur və..."

İRAN LİDERİ QİSAS VƏDİ VERDİ, QONŞULARA BARMAQ SİLKƏLƏDİ: “Doğru gör, doğru anla, doğru yerdə dur və...\"

GÜNDƏM

Bugün, 00:08

"İran heş vaxt müharibə istəməyim, istəmir, aancaq şəhidlərimizin qisasını alacağıq. Haqlı haqq və hüquqlarımızdan imtina etməyəcəyik. Hörmüz boğazında isə yeni bir mərhələ başladacağıq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, İranın Ali Lideri Müctəba Xamenei ABŞ ilə atəşkəsdən sonra ilk geniş açıqlamsındakı ana xətlərdir.

Müctəba Xamenei atəşkəslə bağlı bəyanatında bildirib ki, bölgədəki hərbi və siyasi mövqeləri qətiyyən dəyişməyəcək.

O, açıqlamasında xüsusilə Hörmüz boğazına diqqət çəkərək, bölgədə strateji olaraq yeni bir mərhələnin başladığını iddia edib: "Bu gün və bu vaxta qədər Üçüncü Müqəddəs Müdafiə dastanında cəsarətlə deyə bilərik ki, Siz İran xalqı döyüş meydanının əsl qalibləri oldunuz. Düşmənlə danışıqların elan edilməsi küçələrdə iştirakı lazımsız hala gətirmək kimi şərh edilməməlidir. Hər kəs bilsin ki, İran heçç vaxt müharibə istəmir, amma şəhidlərimizin qisasını mütlıq alacağıq. Haqlı haqq və hüquqlarımızdan imtina olunmaycaq. Hər kəs bilməlidir ki, ölkəmizə hücum edən cinayətkar təcavüzkarların yaxalarını qətiyyən buraxmayacağıq. Hər bir xəsarət üçün təzminat, şəhidlərin qanının qiyməti və bu müharibənin veteranları üçün fidyə tələb edəcəyik.

…Və biz mütləq Hörmüz boğazının idarə olunmasını mütləq yeni bir mərhələyə daşıyacağıq. İranın cənub qonşularına bunu deyirik: Siz bir möcüzəyə şahid olursunuz. Ona görə də doğru gör, doğru anla, doğru yerdə dur və şeytanların yalan vədlərindən şübhə et!...."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR