Ərdoğanla Pezeşkian müzakirə apardı: "Sabotajçılara fürsət verilməməlidir"

Ərdoğanla Pezeşkian müzakirə apardı: \"Sabotajçılara fürsət verilməməlidir\"

GÜNDƏM

09.04.2026, 22:58

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkyanla arasında telefon danışığı olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iki ölkə lideri ABŞ-la atəşkəs və bölgədəki son vəziyətlə bağlı müzakirə aparıblar.

Prezident Ərdoğan həmkarı ilə söhbətdə bildirib ki, Türkiyə müvafiq ölkələrlə birlikdə atəşkəsə aparan prosesdə intensiv səylər göstərib: “Qarşıdakı günlərdə başlayacaq danışıqlarda daimi sülh və sabitlik üçün maksimum çalışmaq mühimdir. Prosesi sabotaj etmək istəyənlərə fürsət verilməməlidir. Türkiyə bu prosesə dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazırdır”.

Ərdoğan İrabna başsağlığı da verib: “Qardaş İran xalqına itkilərə görə başsağlığı verir, kədərlərini bölüşürük”

İran prezidenti müharibə zamanı və sülh danışıqlarında Türkiyənin roluna görə Ərdoğana bir daha təşəkkür edib.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR