Netanyahunun geri çəkilməsinin səbəbi bilindi – Tramp danışdı, "Mən indi İranla bağlı çox nikbinəm" dedi

Netanyahunun geri çəkilməsinin səbəbi bilindi – Tramp danışdı, \"Mən indi İranla bağlı çox nikbinəm\" dedi

GÜNDƏM

09.04.2026, 22:27

“İsrail Baş naziri Benyamin Netanyahuya "Livana hücumları azalt" dedim. Məncə, bizə bu, lazımdır”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın NBC News kanalına qısa telefon müsahibəsində deyib.

O, ABŞ-İran atəşkəs razılaşmasının müsbət istiqamətdə irəlilədiyini deyib: “İsrail Baş naziri Netanyahu ilə telefonda danışdım. O, vəziyyəti bir az sakitləşdirəcək. Düşünürəm ki, bir az daha sakit olmalıyıq. Bölgədə gərginliyin azaldılması atəşkəs razılaşması üçün vacibdir. Artıq İsraili bu gündən etibarən Livana hücumları da azaltdı. Mən indi İranla bağlı çox nikbinəm. Razılaşma olacaq. Unutmayaq ki, hazırda onların hərbi gücü də yoxdur".

Xatırladaq ki, az əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqlara başlayacaqlarını elan edib.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR