Netanyahu geri çəkildi, Livanla danışıqlar başlayır

Netanyahu geri çəkildi, Livanla danışıqlar başlayır

GÜNDƏM

Bugün, 20:25

İranın “Livana hücumlar dərhal dayanmasa, aprelin 11-də Pakistandakı danışıqlara qatılmayacağıq. Əlimz tətikdə gözləyirik”, - israrlı xəbərdarlıqlarından sonra İsrail geri çəkilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, az əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu dünəndən hava və qurudan bombardman etdiyi Livanla birbaşa danışıqlara başlayacaqlarını elan edib.

İsrail hökuməti faktı təsdiqləyib. Bildirilib ki, Benyamin Netanyahu Livanla birbaşa danışıqlara başlamaq qərarını verib: “Livanla vasitəçilərsiz, yəni birbaşa danışıqlarda “Hizbullah”ın tərksilahı və iki ölkə arasında dinc münasibətlərin qurulmasına çalışılacaq. Hesab edirk ki, bu danışıqlar iki ölkə arasıdna dinc münasibətlərin qurulması ilə yekunlaşacaq”.

Netanyahu bununla belə, danışıqların getdiyii ərəfədə də Hizbullaha qarşı əməliyyatı dayandırmayacaqlarını bəyan edib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR