Livan Ordusu:”İsrail daxili iğtişaş yaratmaq istəyir”

Livan Ordusu:”İsrail daxili iğtişaş yaratmaq istəyir”

DÜNYA

Bugün, 19:16

“İsrail öləkmizə hücumları daxildə sabitliyi pozmağa və iğtişaş yaratmaq can atır”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Livan Baş Qərargah rəisi Rudolf Heykalölkənin cənubundakı bəzi hərbi hissələrdə hərbçilərlə görüşdə deyib.

Orada əsgərlər və komandirlərlə görüşən qərargah rəisi çətin şərtlərə baxmayaraq, hərbçilərin fədakarlıqlarını yüksək qiymətləndirib: “Livan ordusu öz vəzifəsini qətiyyətlə davam etdirir və ölkənin təhlükəsizliyini təmin etməyə davam edəcək”.

Xatırladaq ki, İsrail ordusu dünən günortadan sonra Beyruta və Livanın şərq və cənub hissələrinə çox şiddətli zərbələr endirib. Hücum zamanı ən azı 254 nəfərin ölüb, 1000-dən çox isə yaralananlar var.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR