İbrahim Tatlısəs reanimasiyaya yerləşdirildi: “Əməliyyat olunacaq”

İbrahim Tatlısəs reanimasiyaya yerləşdirildi: “Əməliyyat olunacaq”

MƏDƏNİYYƏT

Bugün, 17:31

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun qarın nahiyəsində qəfildən kəskin ağrılar başlayıb.

Məlumata görə, bu səbəbdən müğənni təcili yardımla xəstəxanaya aparılıb.

Tatlısəsin həkimi Engin Çakmakçı bildirib ki, onun vəziyyəti qənaətbəxşdir: “Həyatı təhlükəsi yoxdur, şüuru yerindədir. Sadəcə, öd kisəsinin iltihabı səbəbindən reanimasiya şöbəsində müalicə alır. Antibiotik müalicələrə müsbət cabvab verir. Belə davam edərsə, gələn həftə əməliyyat planlaşdırırıq.”

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR