İran Parlamentinin sədri ABŞ-a mesaj göndərdi: "Alovu təcili söndürün!"

İran Parlamentinin sədri ABŞ-a mesaj göndərdi: \"Alovu təcili söndürün!\"

SİYASƏT

Bugün, 16:51

“ABŞ-la əldə edilən və İsraili də əhatə edən iki həftəlik atəşkəs Livanı da əhatə ediir. Bunu niyə danırlar ki?”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

O, ABŞ-a xitabən verdiyi açıqlamada bildirib ki, Livanın bombalanması və atəşkəsin pozulması İranın çox sərt reaksiyalarına rəvac verəcək: “ABŞ-ı bu alovu dərhal və təcili söndürməyə çağırıram!”.

Pakistan Baş naziri Şahbaz Şərifin vasitəsiylə aparılan danışıqlarda atəşkəs şərtlərindən biri kimi planın Livanı da əhatə etdiyini idda edın iranlı spiker indi bunun danılmasını qəbuledilməz sayıb: "Bunu inkar və geri çəkilməyə yer yoxdur. Livan və İranın müttəfiqləri olaraq, bütün "Müqavimət Oxları" atəşkəsin ayrılmaz hissəsini təşkil edir. Ona görə ABŞ-dan həm atəşkəs pozuntuları, hə də Livandakı vəziyyətlə bağlı tədbir görüməyi tələb edirik”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR