“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir

“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir

İQTİSADİYYAT

Bugün, 16:20

2025-ci ilin yekunlarına əsasən, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” supermarket şəbəkələri Azərbaycanın pərakəndə sektorunda vergi ödənişləri üzrə lider mövqelərini bir daha təsdiqləyiblər.

Mia.az xəbər verir ki, bu mövzu ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli öz sosial şəbəkə hesabında paylaşım edib.

Həmin paylaşımda daha sonra deyilir:

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb.

Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 milyon manat vergi ödənişi ilə sektorda 2-ci yeri tutub.
Bu göstərici Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti çərçivəsində dövlət qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməsinə sadiqliyinin bariz nümunəsidir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR