İranlı hakerlər İsrail Baş Qərargah rəisinin məxfi sənədlərini yayımladı: "Bütün gizli obyektləriniz..."

İranlı hakerlər İsrail Baş Qərargah rəisinin məxfi sənədlərini yayımladı: \"Bütün gizli obyektləriniz...\"

GÜNDƏM

Bugün, 16:07

İranla əlaqəli "Hanzala" haker qrupu İsrail ordusunun keçmş Baş qərargah rəisi Herzi Halevinin elektron ünvanlarıan “sızıb”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Hanzala" haker qrupu elektronünvanlardan ələ keçirdiyi məxfi foto və videoları yayımlayıb.
"The Times of Israel" qəzetinin məlumatına görə, qrup əvvəllər açıqlanmayan 19 min gizli görüşlərə dair foto və videoya sahiblənib.
Məlumata görə, illərdir Halevini izlədiyini iddia edən qrup öz veb saytında yazb: "Bütün gizli obyektləriniz, müzakirə otaqlarınız, xəritələriniz və hətta komanda mərkəzlərinizin ən incə detalları da uzun müddətdir bizim üçün açıq kitab kimi olub".
Xəbərdə deyilir ki, yayımalanan sənədlərin bir qismində qərargah rəisinin İordaniyada iordaniyalı həmkarı Yusif əl-Hüneyti ilə görüşü və ona 1967-ci il Altı Günlük Müharibədə həlak olan iordaniyalı əsgərə məxsus xəncər hədiyyə etməsi, həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandiri Maykl Kurilla və Qətər rəsmiləri ilə gizli görüşlərinə aid sənəd və görüntülər də yer alıb.
Tahir Şəlvəli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR