İslamaddakı səfir paylaşımı sildi – İran-ABŞ danışıqları pozulub, yoxsa…

İslamaddakı səfir paylaşımı sildi – İran-ABŞ danışıqları pozulub, yoxsa…

SİYASƏT

Bugün, 11:26

İranın Pakistanın paytaxtı İslamabaddakı səfiri İran nümayəndə heyətinin Pakistana səfəri ilə bağlı sosial mediada dünən yaydığı paylaşımı gecə saatlarında silib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın İslamabaddakı səfiri Rza Əmiri Mokaddem bunun səbəbi haqqında hər hansı izah verməyib.

Xatırladaq ki səfir dünənki paylaşımında İsraili atəşkəsi pozmaqla diplomatik səyləri sabotaj etdiyini yazımışdı. O, bütün cəhdlərə abxmayaraq, İran nümayəndə heyətinin atəşkəsi müzakirə etmək üçün bu gecə Pakistana gedəcəyini xüsusi qabartmışdı. Lakin saatlar sonra həmin paylaşım izah verilmədən silinib.

Məlumatda deyilir ki, bu ortaya yeni sual çıxarıb: İran-ABŞ danışıqları pozulur, yoxsa…?

Onu da qeyd edək ki, ABŞ-İran danışıqlarının aprelin 11-də İslamabadda səhər başlayacağı açıqlanıb.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR