“Al Market”in böyük vergi borcu var

“Al Market”in böyük vergi borcu var

İQTİSADİYYAT

Bugün, 11:22

“Al Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1005498281) yığılmış vergi borcu 257 min 334 manat çatıb.

Mia.az xəbər verir ki,  bu barədə Fed.az məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı, ötən il MMC-nin ödədiyi verginin həcmi 2024-cü illə müqayisədə 3,2 milyon manat və ya 13,8% azalaraq 20 milyon manata düşüb. 2024-cü ildə “Al Market” MMC 23,2 milyon manat vergi ödəmişdi.

Ötən ilin nəticələrinə əsasən, “Al Market” MMC ən çox vergi ödəyən 100 şirkətin siyahısında 70-ci yerə düşüb. Bu, bir il əvvələ nisbətən 13 pillə geriləmək deməkdir.

Qeyd edək ki, MMC 2018-ci ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 milyon 278 min 621 manat olan şirkətin qanuni təmsilçisi Ozcelik Muhammed Zulfudur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR