Daha 3 jurnalist müharibədə həlak olub

Daha 3 jurnalist müharibədə həlak olub

PRESS

Bugün, 10:51

Dünən İsrail ordusunun Qəzza və Livana hücumlarında həyatı ilə vidalaşanlar arasında peşə fəaliyyətini yerinə yetirən 3 jurnalist də var.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

Bildirilib ki, İsrailin PUA zərbəsiylə “Əl-Cəzirə”nin əməkdaşları Məhəmməd Vişah Qəzza şəhərinin qərbində həlak olub: “Jurnalistləri Müdafiə Komitəsinin dünıən gecə yaydığ hesabata görə isə İsrailin Beyruta zərbəri zamanı iki livanlı journalist də ölüb”.

Xatırladaq ki, İsrail ordusu dünən günortadan sonra Beyruta və Livanın şərq və cənub hissələrinə xəbərdarlıq etmədən təxminən eyni vaxtda 100-dən çox hava hücumu həyata keçirib.

İlkin məlumata görə, ən azı 214 nəfər ölüb, 1000-dən çox yaralı var.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR