“Bloomberg” yazır: “İran müharibəsi ABŞ-ın qlobal mövqeyini zəiflətdi”

“Bloomberg” yazır: “İran müharibəsi ABŞ-ın qlobal mövqeyini zəiflətdi”

GÜNDƏM

Bugün, 08:44

“Donald Tramp administrasiyasının İrana qarşı müharibəsi ABŞ-ı rəqibləri ilə müqayisədə daha zəif mövqedə göstərib”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu fikir məşhur “Bloomberg” nəşrinin təhlilində qeyd edlib.

Təhlilə əsasən, Donald Tramp administrasiyasının İrana qarşı hərbi kampaniyası və sonrakı kövrək atəşkəs prosesi beynəlxalq ictimaiyyətdə ABŞ-ın o qədər də güclü olmadığı qənaətini yaradıb və ölkıənin savaşaqədərki strateji mövqeyində gerilədib: “Avropa və Yaxın Şərqdəki diplomatik mənbələr bu vəziyyətin Çin və Rusiya kimi rəqib gücləri cəsarətləndirdiyini artıq dilə gətirir. Onlar Amerikanın gücünü əvvəlkitək artıq birmənalı qiymətləndirmir”.

Məqalədə qeyd edilib ki, Pekin və Moskva ABŞ-ın hərbi üstünlüyünə baxmayaraq İran rejimini ram edə bilməməsini diqqətlə izləyiblər: “Trampın nə deməsindən aslı olmayaraq, əməliyyat İranı təslim olmağa məcbur edə bilmədi. Əksinə ABŞ-ın rəqibləri arasında imicini böyük ölçüdə zədələdi. Digər yandan, Trampın NATO müttəfiqlərinə qarşı sərt ironiyası onu və ölkəsini də ittifaqda gözdən salıb. Artıq onlar da ABŞ-a inamı itiriblər”.

Məqələdəki təhlilə görə, Trampın İranı “məhv etmək" təhdidlərini artırması strateji səhv olub və bu, Vaşinqtonun sonrakı proseslərdə diplomatik imkanlarını daraldıb…

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR