Prezident qazaxıstanlı nazirləri qəbul etdi - Müzakirə + FOTOLAR
GÜNDƏM
Bugün, 11:30
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.
Mia.az xəbər verir ki, İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.
Dövlət başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirib, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.
Prezident Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.
Yermek Koşerbayev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib. Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğulayıb.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunulub, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
Bugün, 16:55 SİYASƏT
-
SEBAH-dan xəbərdarlıq: “İstənilən hücuma çevik və daha sərt cavab verəcəyik”
Bugün, 16:36 GÜNDƏM
-
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Bugün, 16:20 İQTİSADİYYAT
-
Rayonlarda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:09 CƏMİYYƏT
-
Sədr müavinliyindən çıxarıldı, nazirin müşaviri təyin eidldi
Bugün, 16:01 İQTİSADİYYAT
-
Milli Məclisinin İnsan hüquqları komitəsində slovakiyalı Ombudsmanla görüş keçirilib - FOTOLAR
Bugün, 15:58 SİYASƏT
-
Tramp İranla razılaşmanın gizlinlərini açıqladı: "Sanksiyaların ləğvi..."
Bugün, 15:46 DÜNYA
-
Vəzifəli şəxsin sürücüsü qəza törədib
Bugün, 15:36 KRİMİNAL
-
İsrail ordusu Beyruta ağır zərbələr endirir
Bugün, 15:26 GÜNDƏM
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bugün, 15:16 GÜNDƏM
-
İrana məxus adalarda sirli partlayışlar… - Neft emalı zavodları vurulub (Yenilənib)
Bugün, 15:10 GÜNDƏM
-
Cənub zonasında zəlzələ olub
Bugün, 14:58 GÜNDƏM
-
Hakan Fidan İran XİN başçısı ilə zəngləşdi
Bugün, 14:57 DÜNYA
-
Ali Məhkəmə daha bir mübahisəli iş üzrə vahid qərar qəbul edib - Detallar
Bugün, 14:24 KRİMİNAL
-
Vəkillər Kollegiyasından bir vəkil xaric olunub - Açıqlama
Bugün, 14:19 CƏMİYYƏT
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:16 GÜNDƏM
-
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub - Anar Kərimova vəzifə verildi
Bugün, 14:05 İQTİSADİYYAT
-
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - Prezidentin köməkçisi sədr oldu, onlar isə... (SİYAHI)
Bugün, 14:04 GÜNDƏM
-
Konfrans Liqası: sabah 4 oyuna sart veriləcək
Bugün, 13:29 İDMAN
-
AzE Estetik Mərkəzin direktoru məhkəmə zalında qandallandı - Ülviyyə İlyasova nədə ittiham olunur?
Bugün, 13:22 KRİMİNAL
-
Xəzərdə zəlzələ oldu - 5.3 maqnitudalı
Bugün, 13:20 GÜNDƏM
-
Sabiq deputat komitə sədrinə "Bəlkə qrant müsabiqəsi elan edəsiniz?” replikasını atdı, belə cavab aldı...
Bugün, 13:06 MÜSAHİBƏ
-
7 epizod üzrə ittiham olunan keçmiş rəis... - Nə qədər rüşvət alıb?
Bugün, 12:58 CƏMİYYƏT
-
Kinematoqrafçılar İttifaqının qurultayı keçiriləcək - Bu tarixdə
Bugün, 12:56 MƏDƏNİYYƏT
-
Muhsin Şentürk Azərbaycan Ali Məhkəməsində olub - FOTOLAR
Bugün, 12:48 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:31 CƏMİYYƏT
-
TRAMP QORXDU? - Şahin Cəfərli yazır
Bugün, 12:29 SİYASƏT
-
Şirvanda kütləvi zəhərlənmə olub (Yenilənib)
Bugün, 12:07 GÜNDƏM
-
“BU, BİZİM TAM ZƏFƏRİMİZDİR” – ABŞ prezidentindən İranla bağlı daha bir bəyanat
Bugün, 11:59 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub - 4 bal gücündə
Bugün, 11:47 GÜNDƏM
-
HƏKİMLƏRİN MAAŞI NİYƏ AZALIR? - “Bizə deyilir ki, guya son 2 ildə artıq maaş almışıq və..."
Bugün, 11:38 CƏMİYYƏT
-
Prezident qazaxıstanlı nazirləri qəbul etdi - Müzakirə + FOTOLAR
Bugün, 11:30 GÜNDƏM
-
YAP-ın keçmiş təşkilat sədri hakimin suallarını cavablandırıb: "Votsap qrupu var idi, qrupun admini TƏBİB-in mütəxəssisi idi"
Bugün, 11:11 SİYASƏT