"ÜMİDSİZ BİR ƏDƏBİYYAT"IN UĞURLU TƏQDİMATI... (Müəllif təəssüratı)   

\"ÜMİDSİZ BİR ƏDƏBİYYAT\"IN UĞURLU TƏQDİMATI... (Müəllif təəssüratı)   

PRESS

Bugün, 10:20

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin təşkilatçılığı ilə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemində (Mks) mənim- gənc yazıçı-pedaqoq, dostunuz SElCAN ƏDALƏTİN (Məmmədzadə) "ÜMİDSİZ BİR ƏDƏBİYYAT" əsərinin geniş təqdimatı keçirilib. 
"Mənim üçün əziz olan bir gün! Çox dəyərli, doğma insanlar!"
 
Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin bölmə sədri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, şair-publisist Sərvaz Hüseynoğlunun bu gözəl fikirlərinə necə sevinməyim:  
-"Ümidsiz bir ədəbiyyat" əsərində roman içində dram, dram içində hekayə, hekayə içində esse, şeir, fəlsəfə və musiqi duyumunu özündə birləşdirən bütün janrlar bir aradadır! BU HƏR QƏLƏM ADAMINA MÜƏSSƏR OLMAYAN USTALIQDIR!.."  
 ... Kitabın redaktoru, bütün qəlbi ilə biz gənclərə təmənnasız dəstəkçi olan, kitabın nəşrindən təqdimata kimi hər bir məsələni diqqətdə saxlayan, varlığında bir ağsaqqal müdirikliyi, alicənablıq  yaşanan Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağların "Ümidsiz bir ədəbiyyat"əsərini "ÇOX UĞURLU BİR ƏDƏBİYYAT NÜMUNƏSİ" kimi dəyərləndirib, sözü böyük sevgi ilə tədbirə qatılan dəyərli insanlara verməsi, ilahi bir duyğularım oldu.       
MKS-nin direktoru Hürü xanım Şirinovanın, ETİHİ-nin İmişli rayon komitəsinin sədri Kərim Kərimovun, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional koordinatoru Vilayət Muradlının, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə məsləhətçi Vüsal Bayramlının, müharibə veteranı, pedaqoq-rəssam Sərraf Ağayevin,  MKS-nın əməkdaşı Kamilə Behtullayevanın, gənc mədəniyyət işçisi Yasin Səxavətlinin, həmkarlarım Aytən Nəsirli və Fidan Şirinlinin xoş sözləri, təbrikləri mənə sonsuz sevgi-sevinc və bəxtiyarlıq yaşatdı.
Ulu Tanrı dəyər aldığım və mənə unudulmazlıq yaşadan Sizləri- sözə-ədəbiyyata qiymət verən insanları qorusun!    
ETİHİ-nin İmişli rayon komitəsinin sədri Kərim Kərimov və Azərabaycan Qızıl Aypara Cəmiyyətinin regional koordinatoru Viləyət Muradlı tərəfindən aldığım fəxri fərmanlar yaradıcılığıma və AzEdu.az Təhsil Portalı tərəfindən aldığım "Örnək müəllim" adının şərəfinə ən böyük ucalığım oldu.     
İstedadlı pedaqoq-rəssam, müharibə veteranı Sərraf Ağayevin böyük məharətlə işlədiyi portiretim bir ömür evimizin ən möhtəşəm eksponatı olacaq.    Əziz tədbir iştirakçıları, həmişə qəlbimdə olacaqsınız! Təbrikləriniz, hədiyyələriniz, mükafatlarınız, birlikdə olmağımız həyatıma, yaradıcılıq fəaliyyətimə xüsusi bir rəng qatdı. 
Mənə yönəlik suallarınız istəyinizin, məhəbbətinizin təzahürüdür! Var olun!.. 
 Selcan Ədalət, Pedaqoq-yazıçı
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR