İRAN DA İKİ HƏFTƏLİK ATƏŞKƏS TƏKLİFİNƏ “HƏ” DEDİ, ŞƏRTLƏRİ AÇIQLADI: “Biz qələbə qazandıq”

İRAN DA İKİ HƏFTƏLİK ATƏŞKƏS TƏKLİFİNƏ “HƏ” DEDİ, ŞƏRTLƏRİ AÇIQLADI: “Biz qələbə qazandıq”

GÜNDƏM

Bugün, 08:21

İran ABŞ Prezidenti Trampın Pakistanın Baş naziri Şahbaz Şərifin təklifi ilə qəbul etdiyi  iki həftəlik atəşkəsə “hə” deyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran hökuməti bəyanat yayıb.

İran Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin yaydığı bəyanatda Trapin sözlərinə uyğun olaraq “İran müharibədə məqsədlərinə çatıb. Biz qələbə qazndıq", - deyə bildirilib:

“Ölkə lideri Müctəba Xameneinin və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə atəşkəsin davam olaraq danışıqların İslamabadda keçirilməsinə qərar verilib. Məqsəd bu danışıqları maksimum 15 gün ərzində başa çatdırmaq və siyasi arenada da qələbəni qeydə almaqdır".

ABŞ tərəfindən təqdim edilən bütün planların rədd edildiyi qeyd edilən bəyanatda Tehran administrasiyasının təqdim etdiyi 10 bənd aşağıdakı kimi sadalanıb: "İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə Hörmüz boğazından nəzarətli keçid, müqavimət oxunun bütün elementlərinə qarşı aparılan müharibəyə son qoymaq, ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması, Hörmüz boğazında təhlükəsiz keçidi təmin edən və razılaşdırılmış protokol çərçivəsində İranın suverenliyini təmin edən tranzit tənzimləməsinin yaradılması, İrana dəyən zərərin hesablanaraq tam ödənilməsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün ilkin və ikinci dərəcəli sanksiyalarının və qətnamələrinin ləğvi, xaricdəki bütün bloklanmış İran aktivlərinin və maliyyə resurslarının azad edilməsi və bütün bu bəndlərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməsi."

Bəyanatda danışıqların 10 apreldə İslamabadda başlanacağı qeyd edilib və eyni zamanda, qarşı tərəfə xəbərdarlq edilib: "Barmağımız tətiyə bağlıdır. Düşmənin ən kiçik bir səhvi güclü cavabla qarşılanacaq".

Xatırladaq ki, ABŞ lideri Tramp bildirib ki, Pakistan Baş naziri Şahbaz Şərif və Pakistan Ordu Qərargah rəisi Asim Munirin rəhbərlik etdiyi iki ölkə arasında danışıqlar müsbət nəticələr verib.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR