Quba-Qonaqkənd yolu niyə dağılıb? - 20 milyonluq layihənin araşdırılması tələb olunur (VİDEO, FOTOLAR)   

Quba-Qonaqkənd yolu niyə dağılıb? - 20 milyonluq layihənin araşdırılması tələb olunur (VİDEO, FOTOLAR)   

İQTİSADİYYAT

Bugün, 00:11

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə daha 20 milyon manat ayrılmaqla çəkilişi davam etdirilən Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolu bərbad günə düşüb.

Bu barədə Mia.az-a göndərilən video və foto görüntülərə görə, 68 min nəfərin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən yolun çəkilişindən düz-əməlli 5 il ötməyib, lakin yol keçilməz hala düşüb: “Foto və videodan görünür ki, bu yolun asfalt örtüyünün altına heç düz-əməlli çınqıl tökülməyib, bərkitmə işləri aparılmayıb. Sanki elə torpağın üstünə asfalt yayılıb. Sizcə, azı 20 milyon manat xərclənən və üstəlk, hər ll əlavə olaraq saxlanmasına kağız üzərində böyük pullar xərclənən yol niyə qısa müddətə bu günə düşüb? Doğrudanmı bu yolun çəkilişinə ayrılan vəsaitlər təyinatı üzrə şəffaf xərclənib? Yaxud yolun baxımına cavabdeh olan Hikmət Seyidovun direktoru olduğu 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-yə ötən illərdə bu yolun baxımı üçün nə qədər vəsait ayrılıb? Bunu yoxlayan quurm olubmu və ya indi yoxlanılırmı?”.

Məlumatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yeni sədri Vüsal Nəsirli ilə qurumda yoxlama apardığı deyilən Maliyyə Nazirliyindən bu yolla bağlı xüsusi araşdırma aparılması istənilib: “Yeri gəlmişkən, 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidovun adı ötən il media orqanlarında bir toyla bağlı hallanıb. İddia olunurdu ki, o, həmkarlarından birinin övladının toyuna nə az, nə çox, düz 20 min dollar dəyərində qızıl-brilliant hədiyyə edib. Düşündürücüdür, deyilmi?!”.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR