Cəlilabad sakini Bakıda dəm qazından ölüb

Cəlilabad sakini Bakıda dəm qazından ölüb

CƏMİYYƏT

07.04.2026, 23:24

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Cəlilabad rayon Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Qəhrəman Əliyev Bakı şəhərində yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisənin Q. Əliyevin hamam otağında olan zaman baş verdiyi bildirilib.

Mərhumun 3 uşaq atası olduğu və paytaxtda tikintidə çalışdığı qeyd olunub. O Cəlilabadın Maşlıq kəndində dəfn olunacaq./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR