SEPAH TRAMPIN TƏHDİDNƏ TƏHDİDLƏ CAVAB VERDİ: “Əgər qırmızı xətti keçsəniz…”

SEPAH TRAMPIN TƏHDİDNƏ TƏHDİDLƏ CAVAB VERDİ: “Əgər qırmızı xətti keçsəniz…”

GÜNDƏM

Bugün, 19:48

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ prezidenti Donald Trampın “Bu gecə İrana tarixinin ən ağır zərbəsini vuracağıq” təhdidinə elə təhdd diliylə cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın gözlənilən hücumuna  gözlənilməz hücumlarla cavab veriləcəyini açıqlayıb.

Bildirilib ki, cavab tədbirləri hətta regiondan kənara çıxacaq: "Əgər ABŞ terrorçu ordusu qırmızı xətləri keçərsə, cavab tədbirlərimizin əhatə dairəsi regionun sərhədlərindən kənara çıxacaq.Biz qarşı tərəfdən fərqli olaraq, mülki hədəflərə hücumlar etməyəcəyik. Lakin bizim mülki obyektlərimizə edilən hər hansı bir qorxaq hücuma qarşı şox sərt və adekvat cavab tədbirləri görəcəyik. Gözləyin!”. 

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR