"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib

img

31-03-2026 [13:51]


İtaliya ABŞ təyyarələrinin Siciliya adasındakı Sigonella Hava Bazasından İrana qarşı hücum əməliyyatlarında istifadəsinə icazə verməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İtaliyanın müdafiə naziri Guido Crosetto İtaliyanın aparıcı qəzetlərindən “Corriere della Sera”ya açıqlamasında deyib.

O bildirib ki, ötən günlərdə ABŞ İrana qarşı istifadə üçün bu bazaya təyyarə göndərmək istəyib: “Lakin biz həmin təyyarələrin Sigonellaya enişinə icazə vermədik”.
 
Nazir deyib ki, həmin təyyarələrlə bağlı İtaliya tərəfinə vaxtsız məlumat verilib: “Həmin təyyarələr havada ikən bizə məlumat verildi. İlkin yoxlamalar bu təyyarələrin normal və ya logistik uçuşda olmadığını və buna görə də İtaliya ilə ABŞ arasında ikitərəfli müqavilənin əhatə dairəsindən kənara çıxmasını nəzərə alaraq, enişə “yox” dedik”.

Lamiyə Əhmədli
MİA.AZ    

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA