YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ

img

31-03-2026 [09:07]


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti - VIII qurultayı payızda keçiriləcək.

Bu barədə Mia.az-a YAP-dan informasiya verilib.

Bildirilib ki, qurultayın tarixi hələlik konkretləşməsə də, payızda keçiriləcəyi dəqiqdir: "Oktyabr və ya noyabr ayının ilk ongünlüyündə qurultay keçiriləcək. Hələlik dəqiq tarix seçilməyib, lakin qurultayın payızda keçirilməsi 100 faiz dəqiqdir. Bu qurultayda partiyanın ötən 5 illik hesabatı dinləniləcək, eyni zamanda, partiyanın İdarə Heyətində, o cümlədən partiyanın Veteranlar Şurasında diqqətçəkən dəyişikliklər olacaq. İdarəetmədə yer alan, lakin Partiyaya töhvə verə bilməyən hər kəslə yollar ayrılacaq, bəzi gənc deputatlar idarəçilikdə daha aktiv postlarda yer alacaqlar. Həmçinin Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vəzifəsinə yeni sima gətiriləcək. Nəsiminin icra başçısı təyin olunmuş Tahir Budaqov isə güman ki, İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərəcək".

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı  2021-ci il martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilməlidir. Lakin bölgəmizdə yaranan gərgin vəziyyətlə bağlı partiyanın 8-ci qurultayının mart ayında keçirilməsi təxirə salınıb.

F.ƏHMƏD

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA