İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu

İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu

İDMAN

16.03.2026, 22:52

İngiltərə Premyer Liqası "Çelsi"ni keçmiş sahibi Roman Abramoviçin dövründə maliyyə qaydalarını pozduğuna görə cərimələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Çelsi" "maliyyə hesabatı, üçüncü tərəf investisiyası və gənclərin inkişafı" ilə bağlı qaydaları pozduğuna görə 10.75 milyon funt sterlinq cərimə ödəməyə razılaşıb.

Bəyanatda həmçinin cərimənin müstəqil komissiya tərəfindən aparılan araşdırmadan sonra tətbiq edildiyi və kluba bir illik transfer qadağasının qoyulduğu, baxmayaraq ki, bu qadağa iki il müddətinə "dayandırıldığı" vurğulanıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR