SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ

img

16-03-2026 [13:27]


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlində "Palmali" tərəfindən SOCAR-a satılmış on gəmi ilə bağlı "Palmali" Qrupuna daxil olan şirkətlərin qaldırdığı arbitraj iddiaları üzrə qalib gəlib.

Bu barədə Türkiyənin "Ekonomim" nəşri məlumat yayıb.

Məlumata görə, Azərbaycan və Türkiyə vətəndaşı olan Mübariz Mənsimov tərəfindən idarə olunan "Palmali" Qrupu 2023-cü ilin iyun ayında iddialar irəli sürərək arbitraj prosesinə başlayıb. Proses 2025-ci ilin noyabr ayında Böyük Britaniyanın London şəhərində keçirilən üç həftəlik dinləmə ilə yekunlaşıb.

Dinləmələr zamanı Mübariz Mənsimov və "Palmali" tərəfinin digər şahidləri şəxsən ifadə veriblər. "Palmali" tərəfi bir neçə İngiltərə və ABŞ hüquq firması, eləcə ingilis vəkillər komandası tərəfindən təmsil olunub.

2026-cı ilin fevral ayında üç üzvdən ibarət arbitr tribunalı tərəfindən çıxarılan qərarda arbitraj tribunalı "Palmali"nin iddialarının nə hüquqi, nə də faktiki əsasının olmadığını müəyyənləşdirib və iddiaları bir neçə əsas üzrə tam şəkildə rədd edib. London Dəniz Arbitrləri Assosiasiyasının arbitraj qaydalarına və tərəflərin mübahisəyə tətbiq olunmasını razılaşdırdıqları İngiltərə hüququna uyğun olaraq, qərar yekun və məcburidir, ondan apelyasiya şikayəti verilə bilməz/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA