XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir

img

12-03-2026 [10:10]


Bakıda "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

***

XIII Qlobal Bakı Forumu başlayıb.

Mia.az xəbər verir ki, tədbirin açılış mərasimi Gülüstan sarayında keçirilir.

Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən və 400 nəfərin iştirakı gözlənilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Forum martın 14-dək davam edəcək.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA