"İRANIN YENİ LİDERLƏRİ GÖRÜŞMƏK İSTƏYİR" - Tramp neftin qiymətindən danışdı, "Tehranı vurmasaydıq, iki həftəyə nüvəyə sahib olacaqdılar" deyir

img

01-03-2026 [23:13]


"İrana hücumda indiyədək 48 İran lideri öldürülüb"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.

O bildirib ki, proses çox sürətlə gedir: "Heç kim əldə etdiyimiz uğura inana bilməz! 48 lider bir atışla məhv edildi. Proses sürətlə gedir. Əgər biz bunu etməsəydik, iki həftə ərzində İran nüvə silahına sahib olacaqdı".

Tramp Amerikanın itkiləri barədə sualdan isə yayınıb.

ABŞ lideri İranın Hörmüz boğazının bağlanması və bunun neft qiymətlərinə təsiri barədə suala isə belə cavab verib: "Mən heç nədən narahat deyiləm. Sadəcə düzgün olanı edirəm. Sonda hər şey yoluna düşəcək. Mən indi İran xalqına səslənir və deyirəm: öz gələcəyinizə sahib çıxın!"

"The Atlantic" jurnalına müsahibəsində isə Tramp İranın ali dini liderinin ölümündən sonra iqtidara keçən İranın yeni  liderlərinin onunla görüşmək istədiyini açıqlayıb: "Onlar danışmaq istəyirlər və mən də danışmağa razı oldum. Onlarla danışacağam. Bunu daha tez etməli idilər. Çox gözlədilər...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA